Türkiyə Respublika Prokurorluğu Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı apardığı istintaq çərçivəsində 25 şübhəli barəsində həbs qərarı çıxarıb.
Busaat.az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu açıqlamaya yayıb.
Məlumatda bildirilib ki, əməliyyat mərkəzi Ankara və 16 vilayətdə başlayıb.
Verilən açıqlamaya görə, FETÖ-çülərin dövlət qurumlarına yerləşdirilməsində rolu olduğu müəyyən edilən 25 şübhəli barəsində aparılan istintaqda Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən həbs qətimkan tədbiri seçilib.