“Yuventus” sabiq baş məşqçisi Maurisio Sarriyə müqaviləni erkən ləğv üçün təzminatı tam ödəyib.
Busaat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi təzminat kimi 62 yaşlı mütəxəssisə ümumilikdə 2 milyon avro verib.
Xatırladaq ki, Sarri 2019/2020 mövsümündə “Yuventus”u çalışdırıb. Onun rəhbərliyi altında klub ardıcıl 9-cu dəfə İtaliya çempionu olub