Ərdoğan yenidən AKP-nin sədri seçildi

image-erdogan-6backend
image-uzb_ads_desk

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçilib.

Busaat.az xəbər verir ki, bu, Türkiyənin hakim partiyasının VII Qurultayında keçirilən səsvermədən sonra məlum olub.

Ərdoğan sədrliyə tək namizəd olub. 1431 keçərli səsin 1428-ni alan Prezident sədr seçilib. Üç səs isə keçərsiz hesab edilib.

Bundan başqa, partiyanın 75 üzvdən ibarət Mərkəzi Qərar və İdarə Şurası da seçki ilə müəyyənləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki