Azərbaycan-Tacikistan mədəni körpüsü: Mədəniyyət Günlərinin açılış konserti

image-4d9d38d3-3b6d-4156-8a5e-e3bf7f88f7db_850backend

Tacikistan Opera və Balet Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə təntənəli qala konsert keçirilib.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, qala konsertdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri, səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak edib.

Çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iki ölkənin mədəni bağlarından, Prezidentlər səviyyəsində qarşılıqlı etimadlarından söz açıb.

Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen də, öz növbəsində, Azərbaycan-Tacikistan əlaqələrinin dərin köklərə malik olduğunu bildirib.

Çıxışların ardınca Azərbaycan incəsənət ustalarının, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında rəngli kompozisiya nümayiş edilib.

Çıxışçılar milli rəqs, eləcə də bəstəkar və xalq mahnıları ilə qala konsertə damğa vurublar.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Məlumat üçün qeyd edək ki, Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri sabah da zəngin proqramla davam etdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki