Banqladeş mussonlara təslim oldu: 29 ölü

image-banqladesbackend
image-uzb_ads_desk

Banqladeşdə musson yağışları hökm sürür. Ölkənin cənub-şərqində baş verən daşqınlarda uşaqlar da daxil, 29 nəfərin öldüyü, 11 nəfərin isə itkin düşdüyü bildirilir.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Banqladeş səlahiyyətliləri məlumat yayıb.

Bildirilir ki, bölgədə baş verən daşqınlar Banqladeşə təxminən 128 min dollar maddi ziyan vurub.

Sözügedən ölkədə ümumiyyətlə iyun-sentyabr aylarında müşahidə olunan musson yağışları hər il minlərlə insanın həyatına mənfi təsir göstərir.

Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki