Banqladeşin paytaxtı Dəkkədə bazarda gecə saatlarında başlayan yanğın nəticəsində bir çox mağaza kül olub.
Busaat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Yanğın təxminən 6 saat ərzində yanğınsöndürənlər və əsgərlər tərəfindən nəzarətə götürülüb.
Bölgə yanğınsöndürmə briqadasından verilən açıqlamada elektrik naqilində yaranan nasazlıqdan başladığı ehtimal edilən yanğında can itkisinin olmadığı bildirilib.
Xatırladaq ki, aprel ayında Dəkkədə geyim bazarında baş verən yanğında ən azı 5 min mağaza külə dönmüşdü.









