Bu gün “Çelsi” – “Liverpul” matçı baş tutacaq

image-celsibackend

Bu gün İngiltərə Premyer Liqasının 1-ci turunun “Çelsi” – “Liverpul” oyunu keçiriləcək.

Busaat.az xəbər verir ki, görüş Londondakı Stamford Bricdə baş tutacaq. Qarşılaşmanı baş hakim Entoni Teylorun (Mançester) rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.

Qeyd edək ki, “Liverpul” ötən mövsüm Çempionlar Liqası zonasına vəsiqə qazana bilməyərək, turnir cədvəlini 5-ci yerdə tamamlayıb. Öz növbəsində “Çelsi” Premyer Liqada tarixində ən pis nəticələrdən birini göstərərək cəmi 44 xalla 12-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Premyer Liqada komandalar arasında son oyun 2023-cü il aprelin 4-də baş tutub. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki