İmişlidə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

image-whatsapp-image-2025-05-16-at-12-39-01-3backend

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli şəhər Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində dahi Azərbaycan bəstəkarı, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş geniş tədbir və konsert proqramı təşkil olunub.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi və əməkdaşları, məktəblilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissənində çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev Üzeyir Hacıbəylinin Azərbaycan musiqi tarixindəki əvəzsiz xidmətlərindən, onun milli-mənəvi irsimizin formalaşdırılmasında oynadığı roldan bəhs edərək bildirib ki, bu cür tədbirlərin keçirilməsi dahi sənətkarın yaradıcılıq irsinin gələcək nəsillərə çatdırılması və yaşadılması istiqamətdə mühüm əhəmiyyət kəsb edir.

Tədbirin bədii hissəsində məktəbin müəllim və şagirdləri Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edib.

Belə ki, “Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarından səhnəciklər, “Koroğlu” operasından III səhnə təqdim olunub.
Xüsusi olaraq “Cəngi”, “Sevgili canan”, “Qaragöz mahnısı” kimi əsərlər instrumental və vokal ifalarda səsləndirilib.
Xor kollektivinin “Döyüşçülər marşı”, “Arşın mal alan”dan qızların xoru, “Cahan xalanın kupletləri” dinləyicilərin böyük marağına səbəb olub.

Şagirdlərin və müəllimlərin birgə çıxışları alqışlarla qarşılanıb, sonda xatirə şəkilləri çəkdirilib.

image-whatsapp-image-2025-05-16-at-12-39-01image-whatsapp-image-2025-05-16-at-12-39-01-1 image-whatsapp-image-2025-05-16-at-12-39-01-2image-whatsapp-image-2025-05-16-at-12-39-01-3 image-whatsapp-image-2025-05-16-at-12-39-02image-3be4ac86-b6f2-4936-86c0-33634e2d564d image-whatsapp-image-2025-05-16-at-12-39-02-1image-whatsapp-image-2025-05-16-at-12-39-02-3image-whatsapp-image-2025-05-16-at-12-39-02-4image-whatsapp-image-2025-05-16-at-12-39-03image-whatsapp-image-2025-05-16-at-12-39-04-3 image-whatsapp-image-2025-05-16-at-12-39-04-2 image-whatsapp-image-2025-05-16-at-12-39-04-1 image-whatsapp-image-2025-05-16-at-12-39-04 image-whatsapp-image-2025-05-16-at-12-39-03-4 image-whatsapp-image-2025-05-16-at-12-39-03-3 image-whatsapp-image-2025-05-16-at-12-39-03-2 image-whatsapp-image-2025-05-16-at-12-39-03-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki