Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ – FOTO

image-23backend
Azərbaycanda həkim ölüb.

Busaat.az xəbər verir ki, tibb elmləri namizədi həkim-rentgenoloq Qulam Məşədi Əli oğlu İbrahimov dünyasını dəyişib.

Onun 71 yaşı var idi.

Qeyd edək ki, Q.İbrahimov 1971-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb.

1985-1998-ci illərdə ATU-nun aspirantı olub.

1990-cı ildə Özbəkistanın Daşkənd şəhərində Onkoloji mərkəzdə tibb elmləri namizədi adını qazanıb.

Müxtəlif illərdə kiçik elmi işçi və laborant kimi fəaliyyət göstərib. Azərbaycan Rentgenoloqlar Cəmiyyətinin üzvü olub.Olke.az


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki