Lənkəranda dənizdə itkin düşən balıqçının axtarışı davam etdirilir, helikopter cəlb edilib – VİDEO

image-4backend
image-ad_qayo_720x110px
Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

busaat.az  xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, hazırda vətəndaşın axtarışları FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Xatırladaq ki, yanvarın 13-də Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində itkin düşən balıqçılardan biri Nazim Abbasovun meyiti dünən tapılıb. Meyit Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.

Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlu itkin düşüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki